Sürətlə
enən yanacaq qiymətləri və qeyri müəyyən iqtisadi gələcək ABŞ-da yanacağı
səmərəli işlədən hibrid maşınlarının satşına mənfi təsir göstərib. ABŞ tədqiqat firması Avtodata xəbər verir ki,
benzin və elektrik cərəyanının qarışığı ilə işləyən hibridlərin satışı Noyabrda
50 faiz azalıb. Hətta ən çox satılan
Toyota Priusun satışlarında da eyni nəticələr əldə olunub. Bu hadisə avtoistehsalçıların hibridlərə və
başqa yanacaq baxımından səmərəli texnologiyalara investisiya qoymağa başladığı
vaxta təsadüf edir.