Ukrayna artıq 2 gündür qazsızdır

Rusiya artıq ikinci gündür Ukraynaya yanacaq nəqlini dayandırdığı bir vaxt tərəflər qiymət məsələsi ilə bağlı mübahisənin həll yollarını tapmağa çalışırlar.Ukrayna prezidenti Viktor Yuşşenko deyir ki, o, yanvarın 7-ə qədər razılaşmanın əldə ediləcəyinə inanır. Ukrayna Xarici İşlər Nazirliyi isə böhrandan çıxış yollarını müzakirə etmək üçün nümayəndələrini Avropa paytaxtlarına göndərib. Bu gün Rusiya Avropa Parlamentini növbədənkənar iclas keçirməyə çağırıb.