Ərəb liderləri Qahirədə bir araya gəlmişlər

Ərəb ölkələrinin xarici işlər nazirləri, İsrailin 370-dən çox insanın ölümü ilə nəticələnən hücumlarını müzakirə etmək üçün bu gün Qahirədə bir araya gəlmişlər. Ərəb liderlərinin Qahirədə fövqəladə yığıncağında başlıca tələbi İsrailin artıq beşinci gündür Qəzzaya qarşı keçirdiyi hərbi əməliyyatlarını dayandırmasıdır.

Yığıncağa sədrlik edən Səudiyyə Ərəbistanın xarici işlər naziri Səud Əl-Feysəl düşmənçiliyiyə son qoyaraq, İsrailin Qəzzaya qarşı hücumlarını dayandırması üçün fələstinliləri öz aralarında fərqləri aradan qaldırmağa çağırmışdır. Cənab Əl-Feysəl eləcə də, İsrailin Qəzzaya qarşı atdığı addımları cinayət adlandırmış və demişdir ki, Qəzzada baş verənlərı insanlığa qarşı cinayət adlandırmaq olar və bu daha çox zorakılıqlara və ekstremizmə yol açılması deməkdir.

Ərəb Liqasının baş katibi Əmr Musa da öz növbəsində İsraili Qəzza ilə bağlı atdığı addımlarda günahlandıraraq, İsrail ordusunun mülki vətəndaşları hədəf alan hücumlarını dayandırmasını tələb etmişdir.