Ukraynanın Naftoqaz şirkəti Rusiyaya borcların dərhal ödəniləcəyini bildirib

Rusiyanın Qazprom enenrji şirkəti sabah dekabr ayının 31-dən etibarən Kiyevin 2 milyard dolarlıq borcunu ödəmədiyi təqdirdə qaz təminatının kəsiləcəyini bəyan etdikdən sonra Ukraynanın Naftoqaz şirkəti borcların dərhal ödəniləcəyini bildirib. Noyabr və dekabr aylarının borcu bu gün iki dövlət bankından alınan kreditlər hesabına ödənəcək. Bundan əvvəl Ukrayna Rusiyanın göstərdiyi bu mübahisəli qiymətə baxmayaraq, soyuq qış aylarına kifayət edəcək qədər ehtiyata malik olduğunu bildirirdi. Qazprom ukraynalılara borcların ödənməsinə dair alternativlər təklif ediləcəyini deyirdi. Burada Qazprom tərəfindən Ukraynanın Naftoqaz şirkətinə tranzit üçün avans ödənişlər nəzərdə tutula bilərdi. Ukraynanın baş naziri Yuliya Timoşenkonun enerji məsələri üzrə müşaviri Oleksiy Hudima Amerikanın səsinə bidlirmişdi ki, hazırkı borc 1 milyardı keçmir. Belə ki, dekabr qazının ödənişini nəzərdə tutan ikinci milyard yanvar ayının 25-dək ödənilməlidir.