Rusiya ilə Gürcüstan arasında
avqust ayında baş vermiş müharibənin başa çatmasından bəri ABŞ daha bir hərbi
gəmisi Gürcüstanın Qara dənizdəki Poti limanına daxil olub.
Raketlərlə silahlanmış USS Teylor
hərbi gəmisi bu səhər ünvanına çatıb. ABŞ-ın
Tbilisidəki səfirliyi bəyan edib ki, iki günlük səfər zamanı gəmi ekipajı sosial
və ictimai tədbirlərdə iştirak edəcək. Avqust
ayında Rusiya ilə Gürcüstan arasında müharibə başlayanda ABŞ-ın bir neçə hərbi
gəmisi Tbilisiyə humanitar yardım aparmışdı. Moskva isə bunu kəskin tənqid
etmişdi.