Iraqda növbəti bomba partlayışı

İraq rəsmiləri deyirlər ki, bu gün ölkənin mərkəzi şəhərlərindən olan Fallujah kənarında bir avtomobilə qoyulmuş bombanın partlaması nəticəsində iki nəfər ölüb, ən azı 4 adam yaralanıb.

Ötən günsə Bağdadda bir avtomobilə qoyulmuş bombanın partlaması nəticəsində ölənlərin sayı isə 25-ə çatıb.

Polisin məlumatına görə, daha 50-dən artıq insan əsasən şiələrin yaşadığı rayonda avtobus stansiyasında baş vermiş partlayışda yaralanıb.

Bundan əvvəl polis ölkənin qərbindəki Əl-Ənbar vilayətində qaçıb gizləndiyi ehtimal olunan Əl-Qaidə liderlərinin axtarışı üçün komendant saatı elan etmişdi. 13 nəfərin ölümündə ittiham olunan bu üç yaraqlı həmin gün Ramadidə Əl-Fürsan polis məntəqəsindən qaçıblar. Polis rəisi general mayor Tareq Yusuf deyir ki, yaraqlılar qaçmazdan əvvəl məntəqə nəzarətçisini öldürüblər.