Fələstin mənbələri bildirirlər ki, İsrailin Həmasın
idarə etdiyi Qəzza zolağındakı hədəflərə hava hücumları nəticəsində 200-dən çox
adam həlak olub, 300-dən çox adam isə yaralanıb. Rəsmilər deyirlər ki, ölənlər arasında Qəzza
polis idarəsinin rəisi Təvfiq Cabber də var.
İsrail hərbçiləri Qəzza zolağına hücumu təsdiq edərək xəbərdarlıq ediblər
ki, bu əməliyyatlar davam etdirilə bilər . Fələstin militantları hücuma görə qısas
alacaqlarını bildiriblər. İsrailin cənub
bölgəsinə raket hücumu nəticəsində bir israilli həlak olub. Ötən həftə İsraillə Həmas arasında 6 ay davam
edən atəşkəs razılığı pozulduqdan sonra tərəflər arasındakı münasibətlər gərginləşib.
İsrailin son hücumları yaraqlıların İsrailin cənub bölgəsinə raket və qumbara
hücumundan sonraya təsadüf edir.