YUKOS-un  sabiq meneceri 12 il müddətinə azadlıqdan məhrum edilib

Moskva məhkəməsi Yukos neft şirkətinin sabiq mülkiyyət menecerini 12 il müddətinə azadlıqdan məhrum edib. Aleksey Kurtsin 2.6 milyon dolları mənimsəməkdə gühanlandırılıb. 2005-ci ildə Kurtsin digər bir məhkəmə tərəfindən 14 il müddətinə həbsə məhkum edilmişdi.

Çita şəhər məhkəməsi isə Yukosun sabiq prezidenti Mixail Xodorkovski və onun şəriki Platon Lebedevin vəkillərinin apelyasiya müraciətini rədd edib. Onların hər ikisi də vergilərdən boyun qaçıqma və fırıldaqçılıq ittihamı ilə 8 illik həbs cəzası altındadır.