Pakistan ordusu Hindistan sərhədinə istiqamət alıb

Pakistan rəsmiləri deyir ki, keçən ay baş verən Mumbay hücumları ilə bağlı yaranmış gərginlik səbəbilə Pakistan ordusu Hindistan sərhədinə doğru hərəkət edir. Şahidlərin sözlərinə görə, yüzlərlə qoşun Taliban və Əl-Qaidə ilə doyüşlərin getdiyi Əfqanıstanla sərhəddən şərq doğru istiqamət alıb. Ordu yerdəyişməni rəsmən təsdiq etməyib. Ancaq müdafiə rəsmisinin sözlərinə görə, ordu və hərbi hava qüvvələri gücləndirilmiş rejimə keçib. Mumbay hücumlarından sonra Pakistanla qonşu Hindistan arasında gərginlik artıb. Yeni Dehli bəyan edib ki, hücumu həyata keçirənlər Pakistanda məskunlaşan “Ləşkəri-Teybə” qrupunun təlim keçdiyi yaraqlılardır.