Ukraynada partlayış zamanı həlak olan insanlara matəm saxlanır

Ukraynada dünən beş mərtəbəli binada qaz partlayışı zamanı ölnə 27 nəfərə matəm saxlanır. Xilasetmə işçiləri Krımın Yevpatoriya şəhərində binanın dağıntıları altında qalmış 21 insanı çıxara biliblər. Rəmilər beş nəfərdən ibarət ailənin ölənlər arasında olduğunu bildiriblər. Təhqiqatçılar binanın zirzəmisində oksigenlə dolu kanisterlərin partlayışa səbəb olduğuna inanır.

Prezident Viktor Yuşşenko və baş nazir Yuliya Timoşenko aralarında olan fikir ayrılıqlarını bir tərəfə qoyaraq, hadisə yerinə birlikdə səfər ediblər. Rusiya prezidenti Dmitri Medvedev Rusiyanın Qara dənizdə hərbi dəniz donanmasının personalını xilasetmə işləri üçün göndərməyi təklif edib.