İraq rəsmilərinin bildirdiyinə görə, 6 polis işçisi və 7 döyüşçünün həlak olduğu atışmalar zamanı 3 Əl-Qaidə lideri polis idarəsindən qaçmağa nail olub. Atışma səhər tezdən Ramadi şəhərinin polis idarəsində məhbuslardan birinin mühafizəçidən tualetə getmək istədiyini bildirərərək ona hücum edib, silahını əlindən alaraq onu öldürməsindən sonra baş verib. Həmin vaxt məhbuslar qaçmağa nail olub. Ənbar vilayətinin paytaxtı Ramadi şəhərində kommendant saatı tətbiq edilib.