Misir İsraillə Həması yeni atəşkəsə çağırıb

Misir İsrail və Fələstinlilərin yaraqlı qrupu Həması İsrail-Qəzza sərhədində zorakılıq dalğasını boğmaq üçün atəşi dayandırmağa çağırıb. Misir xarici işlər naziri Əhməd Əbul-Qeyt bugün ölkə prezidenti Hüsnü Mübarəklə İsrail xarici işlər naziri Zipi Livni Qahirədə danışıqlar keçirəndən sonra açıqlama verib. O, İsrail və Həmasın keçən həftə sona çatan atəşkəs razılığını bərpa edəcəyinə ümid edir. Ancaq onun sözlərinə görə, əgər zorakılıqlar davam etsə Misir tərəfləri inandıra bilməyəcək. Qeyd edək ki, rəsmi Qahirə Həmas və İsrail arasında bağlanmış 6 aylıq atəşkəsə vasitəçilik etmişdi.