Gürcüstanın baş naziri Türkiyədədir

Gürcüstanın Türkiyədəki sabiq səfiri, Gürcüstanın yeni baş naziri Qriqol Mqalobişvili Türkiyə və Gürcüstan münasibətlərinin region üçün örnək olmasını arzulayıb. Turkiyənin baş naziri Rəcəb Teyyib Ərdoğanla Ankara görüşdən sonra keçirilən mətbuat konfransında tükrcə danışan baş nazir Mqalobişvili Tükiyə ilə Gürcüstan münasibətlərinin həmişə sağlam bir zəmində inkişaf etdiyini deyib. Türkiyənin baş naziri Rəcəb Teyyib Ərdoğan Cənubi Osetiya və Abxaziya münaqişələrinin Gürcüstanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu bildirib. Qriqol Mqalobişvili iki ölkənin iqtisadi inteqrasiyasına və bu sahədə olan bürokratik maneələrin aradan qaldırılacağına ümid bəslədiyini bildirib.