İsrailin Qəzzaya reydi nəticəsində bir fələstinli yaraqlı öldürülüb

İsrailin Qəzza zolağında raket hücumu nəticəsində bir fələstinli yaralıq qətlə yetirilib, daha biri isə yaralanıb.Hücum Həmas qrupunun İsraillə atəşkəsə dair altı ay sürən müqavilənin rəsmi olaraq sona çatdığını elan etməsindən bir gün sonra baş verir. İsrail ordusunun mətbuat katibi bildirib ki, hava hücumu fələstin yaraqlılarının Qəzza zolağının sərhəddi boyu bu gün raket hücumlarına cavab olaraq həyata keçirilib. Bu, altı aylıq müqavilənin vaxtı rəsmən cümə günü bitəndən sonra ölümlə nəticələnən ilk ciddi toqquşmadır.

Fələstin prezidenti Mahmud Abbasın Fətah hərəkətaının zorakı qolu olan Əl-Aqsa Şəhidlər briqadası ölən yaraqlının qrupun üzvü olduğunu bildirib. Qəzza zolağına nəzarət edən Həmas atəşkəsə dair razılığı yeniləməməyi qərara alaraq, buun silahı müqavimətə gətirib çıxara biləcəyini deyib. İsrail atəşkəsin davam etdirilməsi tərəfdarı olduğunu, lakin hücuma məruz qalsa, buna cavab veriləcəyini bildirib.

İsrail hökumətinin mətbuat katibi Mark Regev deyib ki, Qəzzada atılan raketlər İsraildə mülki vətəndaşlara dəyir. Onun sözlərinə görə, vəziyyət belə davam edə biməz. Həmasın mətbuat katibi Fauzi Barhumsa İsraili reydlər keçirmək və atəşkəsin baş tutmasında Qəzzada sərhəd keçidiyini bağlamaqda itiham edib. O deyib ki, İsrail atəşkəs istəyirdi, lakin özü onu pozub.

Bu gün habelə Qətərin nümayəndə heyəti, Livanlı fəallar və İsrail jurnalistini daşıyan gəmi İsrailin limanı blokada etməsinə baxmayaraq, Qəzzada lövbər salıb. Bu, blokadaya əhəmiyyət verməyərək, humanitar yardım gətirən beynəlxalq fəalların Qəzzaya gələn altıncı gəmisidir.