Pakistan prezidenti Asif Əli Zərdari Əfqanıstana
səfərini təxirə salıb. Səfər zamanı sərhəd bölgələrdə terrorizm əleyhinə
fəaliyyətlərin gücləndirilməsinin müzakirə ediləcəyi gözlənilirdi. Cənab Zərdarinin
günün sonunda Əfqanıstan prezidenti Həmid Karzai ilə görüşü planlaşdırılmışdı.
Ancaq əfqan rəsmilər bu gün səhər deyiblər ki, səfər havanın pis olması
səbəbilə təxirə salınıb. Onlar səfərin nə zaman baş tutacağını açıqlamayıb.
Qeyd edək ki, bu həftə Peşəvər şəhərində Pakistanın Əfqanıstanda ABŞ və NATO qüvvələrini
dəstəkləmisinin əleyhinə kütləvi etiraz aksiyaları olub. Pakistanın siyasi
Camaat-e İslam partiyasından olan təxminən 5 min etirazçı ABŞ əleyhinə şüarlar
səsləndirərək şəhərdə yürüş keçiriblər.