‘Time’ jurnalı Barak Obamanı ilin adamı elan edib

ABŞ-ın “Time” jurnalı növbəti prezident Barak Obamanı 2008-ci ilin adamı elan edib. Jurnal Barak Obamanın qısa müddət ərzində ictimai sferada dominant mövqe tuta bildiyini və əsirlərlə davam edən sosial maneələri aşaraq, ilk qaradərili prezident olduğunu bildirir. “Time” Barak Obamanın işgüzar və cevik şəkildə administrasiyasının təşkilini təqdirəlayiq adlandırıb. “Time” jurnalının ilin adamları elan etdiyi şəxslər arasında İrlandiyanın rok ulduzu Bono, Mikrosoftun təsisçisi Bill Geyts, Nyu-Yorkun sabiq meri Rudi Culiani və ABŞ-ın üç prezidenti Corc Buş ata və oğul, habelə Bill Klinton yer alır.