Samir Sumaidaye: `İraqda xaos başlayarsa bu, dünyada təhlükəsizliyə hədə olacaq`

Iraqın Birləşmiş Ştatlardakı səfiri Samir Sumaidaye deyib ki, ABŞ-ın gələcək administrasiyası onun ölkəsini tərk edərsə oradakı hadisələr Somaidə baş verənlərdən yüz dəfə pis olacaq. Səfir Samir Sumaidaye neftlə zəngin İraqda xaos başlayarsa, bunun regionda və dünyada təhlükəsizliyə hədə olacağını deyib. Vaşinqton şəhərində etdiyi çıxışı zamanı cənab Sumaydaye İraqın terrrorizmə qarşı mübarizəni getdikcə gücləndirdiyini və ilk dəfə olaraq Əl Qaidanın ərəb0müsəlman torpağlarında məğlub edildiyini vurğulayıb. O, əlavə edib ki, Fələstin İsrail münaqişəsi də daxil edilməklə, Vaşinqton terrorizmin köklərini tapmalıdır.İraq elçisi eləcə də onun ölkəsinin ərəb qonşularının İraqın müvəffəqiyyəti üçün bu ölkəyə dəstək verməli olduğunu deyib. İrana gəldikdə isə cənab Sumaydeyi deyib ki,Tehran ABŞ qüvvələrinin İraqdakı mövcudiyyətini özünə hədə kimi görür. Eyni zxamanda Səddam Hüseyni devriməklə Amerika İranın ən qatı düşmənini aradan götürüb. Sumaydaye deyib ki, İraq İranla dinc qonşuluq münasibətləri saxlamağa tərəfdardır.