Hindistan Pakistanla əlaqələri normallaşdırmaq istəyir

Hindistan baş naziri Manmohan Sinqh deyir ki, o, Pakistan əlaqələrin normallaşmasını istəyir. Lakin bunun üçün Pakistan öz ərazisindən terrorçuların Hindistana hücum məqsədilə istifadəsinə son qoymalıdır. Cənab Sinqh bəyanatı bu gün Hindistan Kəşmirində keçirilən seçki nümayişində açıqlayıb. Mumbay terror hücumlarından sonra iki ölkə arasında gərginlik artıb. İslamabadda səfərdə olan Britaniya baş naziri Qordon Braun Pakistanda demokratiyaya dəstək və anti-terror səyləri məqsədilə 9 milyon dollar yardım ayıracağını vəd edib. Cənab Braun Yeni Dehlidə cənab Sinqhlə görüşdükdən sonra bu gün İslamabadda Pakistan prezidenti Asif Əli Zərdari ilə bir araya gəlib.