Türkmənistanda
vətəndaşlar parlament seçkilərində səs verirlər. Yerli hökumət bu səsverməni
demokratiya istiqamətində addım kimi qiymətləndirsə də, tənqidçilər seçkilərin
saxtalaşdırıldığını bildirir. Rəsmilər deyir ki, təxminən 2 milyon seçici bu
gün günorta saatlarına kimi səs verib. Parlamentdə 125 yer uğrunda mübarizə
aparan namizədlərin çoxu ya prezident tərəfdarı Türkmənistan Demokrat
partiyasının ya da dövlətin nəzarətində olan qrupların nümayəndələridir. BMT
bildirib ki,təşkilatın müşahidəçiləri ABŞ və Avropadan olan monitorlara
qoşularaq seçkiləri müşahidə edəcək. Qeyd edək ki, Post Sovet respublikası sabiq
ömürlük prezident Saparmurat Niyazovun vəfatından sonra özünü-təcriddən
qurtulmağa çalışır.