Bakıda yaşayış binasında partlayış olub

Bu gün Bakıda 5 mərtəbəli yaşayış binalarından birində partlayış olub. Nəticədə 10-dan artıq mənzil tamamilə dağılıb.

Hadisənin səhər saatlarında baş verdiyi bildirilir. Partlayışın qaz sızmasından baş verdiyi ehtimal olunur.

Rəsmilərin bildirdiyinə görə, partlayış nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Lakin dağıntılar altından bir neçə adamın cəsədi çıxarılıb. Xəsarət alanlar arasında 3 yaşlı qız uşağı da var.

Partlayış binanın ikinci girişində baş verib. Nəticədə bu girişin 4 və 5-ci mərtəbələri dağılıb, 1, 2 və 3-cü mərtəbələri isə çöküb.

Hadisə yerində xilas etmə işləri aparmaq məqsədi ilə ağır texnikadan istifadə olunur. Partlayışla bağlı istintaq aparılır.