Böyük Britaniya baş naziri Qordon
Braun Əfqanıstan prezidenti Həmid Karzai ilə danışıqlar aparmaq üçün
gözlənilmədən Kabilə səfər edib. Cənab Braun
bu gün Əfqanıstana çatıb. O, Kabilə səfər etməmişdən öncə Helmənd
vilayətindəki Britaniya qoşunlarına baş çəkib. Baş nazirin səfəri Helmənddə
Britaniya əsgərlərinin həlak olmasından bir gün sonraya təsadüf edir. Hadisə 13 yaşlı intiharçı uşağın hücumu nəticəsində
baş vermişdi. Cənab Braun Talibanı bu cür taktikadan istifadəyə görə məhkum
edib.