BMT Baş katibi qlobal iqlim dəyişikliyi ilə bağlı xəbərdarlıq edib

BMT Baş katibi Ban Ki Mun iqlim dəyişikliyi məsələsində geriləmə ilə bağlı xəbərdarlıq edib. Cənab Ban bu çağırışı bu gün Polşanın Poznan şəhərində edib. Dünyanın 145 ölkəsinin nümayəndəsi Poznanda keçirilən konfransda müddəti 2012-ci ildə bitən Kioto Protokolunu əvəz edəcək müqavilə üzərində işləyir.

Eyni zamanda, Brüsseldə Avropa Birliyinə üzv 27 dövlətin lideri karbon qazı tullantılarının ixtsarı məsələsini iki günlük zirvə görüşündə müzakirə edir. Plan Avropa Birliyinin liderləri arasında onun hazırda qlobal iqtisadi tənəzzül dövrü gerçəkləşdirilə bilməsilə bağlı mübahisələrə səbəb olub. Enerjisinin əsas hissəsi daş-kömürdən hasil edilən Polşa planın enerji sektoruna təsiri, Almaniya isə işçi qüvvəsilə bağlı narahatlıqlarını bildirir.