Qlobal iqtisadi yavaşımanın təsirləri özünü göstərməkdədir

Qlobal iqtisadi yavaşımanın təsirləri Yaponiyada və yoxsul ölkələrdə hiss edilməkdədir. Yaponiyanın Sony Korporasiyası bütün dünya boyu 8 000 iş yerini ixtisara salır ki, bu da onun elektronika sahəsində çalışan işçi qüvvəsinin 5%-ni təşkil edir. Şirkət həmçinin istehsal zavodlarının 10%-ni bağlayacaq. Yaponiyadan daxil olan xəbərlərə görə 3-cü kvartalda həmin ölkənin üzləşdiyi tənəzzül gözlənildiyindən daha da dərindir.

Qlobal iqtisadi böhran yoxsul ölkələrdə insanlara daha çox təsir göstərir. BMT-nin Ərzaq və Kənd Təssərüfatı Təşkilatı bildirir ki, artan ərzaq qiymətləri insanların problemlərini daha da artırıb. Təşkilatın bildirdiyinə görə aclıqdan əziyyət çəkən insanların sayı 30 milyon artıb.