Afinada polis tərəfindən öldürülən gəncin dəfn mərasimi keçirilib

Artıq dördüncü gündür ki, Yunanıstanın Afina şəhərində polislə nümayişçilər arasında qarşıdurmalar davam edir. Bu gün yüzlərlə insan polis tərəfindən güllə ilə vurularaq öldürülən yeniyetmənin dəfn mərasiminə yığışıb. Yüzlərlə insan 15 yaşlı gəncə ehtiram məqdsədilə Yunanıstanın parlament binası qarşısına toplaşıb. Dəfn mərasimi zamanı polisi daşa basan etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etdildiyi bildirilir. Ölkənin xəbərlər agentlikləri etirazçıların özlərini anarxistlər və sol militant qrupların üzvləri kimi qələmə verdiklərini bildirirlər.