Mumbay hücumlarında əli olmaqda şübhəli bilinən bir neçə şəxs həbs edilib

Pakistanın hökumət rəsmisinin bildirdiyinə görə, Hindistanın maliyyə paytaxtı Mumbay hücumları ilə əlaqədar bir neçə şəxs həbs edilib. Hücumları planlaşdırdığından şübhələnilən Zəki ür-Rəhman Ləxvi və bir neçə digər şəxsin təhlükəsizlik qüvvələrinin reydi zamanı ələ keçirildiyi bildirilir. Hindistan polsini hücumları həyata keçirənlərdən birinin onlara Ləxvinin Mumbay hücumlarının əsas təşkilatçısı olduğunu bildirdiyini deyir.

Reydlər dünən Pakistan Kəşmirinin Müzəffərabad şəhərində həyata keçirilib. Islamabad 170 nəfərin ölümü ilə nəticələnən hücumlarla heç bir əlaqəsi olmadığını bildirir.