Şərqin ilk parlamentinin 90 illiyi tamam olur

Bu gün Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaradılmasının 90-cı ildönümüdür. 1918-ci il dekabrın 7-də fəaliyyətə başlamış Milli Məclis 1920-ci il aprelin 27-dək davam edib. Hazırkı Azərbaycan parlamenti o zamankı qanunverici orqanın xələfi hesab olunur.

1918-20-ci illərdə, cəmi 17 ay ərzində Azərbaycan parlamentinin 145 iclası keçirilib. Bütün bu iclaslarda Parlament insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul edib.

Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi.