İranın atom enerjisi agentliyinin rəhbəri Qulam
Rza Ağazadə qonşu ərəb ölkələri ilə birgə nüvə elektrik stansiyalarının inşasını
təklif edib. Cənab Ağazadə nüvə elektrik stansiyalarının inkişaf etdirilməsi
ilə bağlı təklifin detalları haqda spesifik məlumat verməyib. İran özünün ilk
atom elektrik stansiyasını Rusiyanın köməyi ilə inşa edir. İran bildirir ki,
nüvə silahı deyil, nüvə enerjisini inkişaf
etdirir. Ancaq Qərb dövlətləri Tehranın bu təşəbbüsünün hərbi məqsəd
daşımasından narahatdır.
BMT Təhlükəsizlik Şurası İrana qarşı bir
neçə dəfə sanksiya tətbiq edib. Bunun səbəbi İranın uranı zənginləşdirilməsi
proqramını dayandırmaqdan imtina etməsi olub. Tehran nüvə proqramlarının dic
məqsəd daşıdığını bəyan edir.