“Az Yasa Hüquq Cəmiyəti”nin bildirdiyinə
görə, yerli azərbaycanlıların özəlliklə milli fəallarının ünvanlarına
göndərilən bu vərəqələrdə, “qanunsuz
etirazlar və yığıncaqlara” qatılmamaq barədə xəbərdarlıq edilir. Ettelaatın
Xəbərləşmə Qərargahı adından göndərilən təhdid vərəqələrində “qanunsuz
toplaşmaq” maddəsi üzrə ittiham olunan şəxslərın mövcüd qanunlar çərçivəsində
cəzalandırılacağı bəyan edilir.
“Az Yasa Hüquq Cəmiyyəti” Ettelaatın vətəndaşların ünvanına hədələyici
məktub göndərməsini qanunsuz hesab etdiyini bildirən bəyanatla çıxış edib.
Cəmiyyətin bildirdiyinə görə, silahsız etiraz aksiyaları keçirmək və ya bu
kimi aksiyalara qatılmaq vətəndaşların konstitusiyada təsbit olunmuş hüququdur
və bu hüququ hər-hansı hökümət orqanı məhdudlaşdıra bilməz.