ABŞ iqtisadiyyatı düşünüldüyündən daha böyük tənəzzüldədir

Birləşmiş Ştatlar iqtisadiyyatının iyul və sentyabr ayları arasında düşünüldüyündən daha böyük tənəzzüldə olduğu göstərilir. ABŞ hökumətinin açıqladığı hesabatda göstərilir ki, ölkədə istehsal edilən məhsullar və xidmətlər üçüncü rübdə yarım faiz azalıb. Bu, ehtimal edildiyindən 0.2% azdır. İqtisadçılar ümümdaxili məhsulun göstəricilərinin belə enməsini istehlakçı xərclərinin on illər ərzində ən aşağı səviyyəyə düşməsilə izah edirlər. Rəsmilər və investorlar istehlakçı xərclərini diqqətlə izləyirlər. Belə ki, tələbat ABŞ-da iqtisadi fəallığın üçdə-ikisini təşkil edir.