Venesuelalılar
bu gün ştat və bələdiyyə seçkilərində səs verirlər. Bu səsvermə Prezident Uqo Çavezin hakimiyyəti
üçün ciddi sınaq hesab olunur. Cənab
Çavez deyir ki, sosializm qurmaq üçün onun müttəfiqlərinin qalib gəlməsi
vacibdir. O, müxalifət qələbə qazandığı
yerlərə maliyyə vəsaitlərini kəsmək və hətta küçələrə tanklar çıxarmaqla
hədələyib. Bir il bundan öncə cənab
Çavez ona qeryi-müəyyən müddətə seçilmək hüququ verməyi təsbit edən
referendumda məğlub olmuşdu. 4 il bundan
öncə keçirilən yerli seçkilərdə Çavezs və onun müttəfiqləri 22 ştatdan 20-ni
ələ keçirmişdilər. Lakin müşahidəçilər
yüksək cinayət, inflyasiya və korrupsiyanı nəzərə alaraq indiki seçkilərdə
nəticələrin fərqli olacağını güman edir.