Rusiya parlamentinin aşağı palatası – Duma ölkədə prezidentlik
müddətinin 4 ildən 6 ilə qədər uzadılmasına dair qanun layihəsini səs çoxluğu
ilə təsdiq edib. Sənəd 3-cü və yekun oxunuşda deputatların 80 faizindən çoxu
tərəfindən 392 səslə təsdiq olunub. Yeni
qanun eləcə də aşağı palata üzvlərinin deputatlıq mandatının 4 ildən 5 ilə
qədər uzadılmasını nəzərdə tutur. Yeni müddət artıq növbəti prezidentə şamil
ediləcək. Bu ayın əvvəli prezident
Dmitri Medvedev bu məsələyə dair Konstitusiya dəyişiklikləri etmək istədiyini
bəyan etmişdi. Müxalifət bu planı tənqid
edir. Onların fikrincə, bu qərar baş
nazir Vladimir Putinin yenidən prezidentliyə qayıtmasını planlaşdırır.