ABŞ-ın raket hücumu Əl Qaidə əməliyyatçısı öldürüb

Pakistan kəşfiyyat xidmətinin rəsmiləri bildirirlər ki, ölkənin qaynar şimal qərb bölgəsinə Birləşmiş Ştatların atdığı raket nəticəsində Əl-Qaidanın əməliyyatçısı Abdulla Əzəm Əl Səudi daxil olmaqla azı 6 yaraqlı öldürülüb və bir neçə adam yaralanıb. Bu tayfaların yaşadıqları bölgənin daxilinə atılan ilk raketdir. Pakistan rəsmiləri deyirlər ki, Abdullah Əzəm Əl Səudi Əl-Qaida və Pakistan talibanları arasında əlaqə saxlayırdı və adamları yaraqlıların sırasına cəlb edirdi. Onlar deyirlər ki, raket Bannu mahalının bir evinə atılıb. Pakistan rəsmiləri bildirirlər ki, son aylarda Birləşmiş Ştatlar Əl-Qaida və Taliban yaraqlılarının Pakistanın şimal qərb bölgəsindəki hədəflərinə azı 20 raket atıb. Bu arada polis bildirir ki, motosikletdə olan silahlı şəsxlər İslamabadda Pakistanın keçmiş hərbi komandiri və onun sürüçüsünü öldürüblər.