ABŞ
Prezidenti Corc Buş deyir ki, qlobal maliyyə böhranını həll etmək üçün
Vaşinqtonda keçirilən sammitə toplaşan dünya liderləri açıq bazarların və azad
ticarətin mühümlüyünü təsdiq ediblər. Cənab
Buş bu gün iyirmiliyin görüşündə giriş nitqi ilə çıxış edib. Prezident bildirib ki, dünən axşam
qeyri-formal danışıqlarda müəyyən irəliləyiş əldə edilib, lakin qarşıda
görüləsi çox iş var. Dünyanın aparıcı
sənaye dövlətlərinin və iqtisadiyyarlarının liderləri bu gün qlobal tənəzzülün
qarşısını almağa yönəlmiş sammitdə iştirak edirlər. Cənab Buş liderləri dünən Ağ Evdə nahar
ziyafətinə dəvət edib. Dünya liderləri
hazırda bazarların nizamlanması ilə bağlı məsələləri müzakirə edirlər.