Cənubi Koreya Pxenyanın nüvə proqramı ilə bağlı böhran yaratdığını deyir

Cənubi Koreyanın xarici işlər naziri Yu Myun Hvan Seulda müxbirlərə bildirib ki, Pxenyan nüvə proqramı ilə bağlı həmişə böhran yaratmağa çalışaraq, daha artıq yardım əldə edilməsi üçün bundan bir vasitə kimi istifadə edir. Şimali Koreya dünən nüvə proqramının dayandırılmasına dair beynəlxalq səylər çərçivəsində nüvə obyektlərindən nümunələr götürülməsinə yol verməcəyini bəyan edib. Bu, Pxenyanın yoxlama prosesinin başlanmasına start verəcək ilk addım hesab edilirdi. Yoxlanış porsesinin başlanmasına dair razılıq ABŞ, Şimali və Cənubi Koreyalar, Çin, Rusiya və Yaponiyanın iştirak etdiyi altı-tərəfli müzakirələrin daimi maneəsidir.