Sudan prezidenti Ömər Əl
Bəşir Darfurun qərbində döyüşən tərəfləri
dərhal və şərtsiz atəşkəsə
çağırıb. Prezident deyir ki, Sudanın yaraqlıları dərhal
tərksilah etmək və hərbi qüvvələrin istifadə etdiyi silahları məhdudlaşdırmaq
planı var. Röyters xəbərlər agentliyi
Ədalət və Bərabərlik adlı qiyamıçı hərəkatın
komandiri Süleyman Sandala istinadən bildirir ki, prezidentin bu çağırışı ciddi
deyil. Qiyamçılar hökuməti bölüşdürməyincə
mübarizələrini davam etdirəcəklərini deyirlər. Prezident
Ömər Əl Bəşir 6 illik münaqişə vaxtında bir neçə dəfə atəşkəs elan edib. Onun bu dəfədə elan etdiyi atəşkəs çağırışı,
xalq forumunun tövsiyəsindən sonraya təsadüf edir. Nazirlər və müxalifət liderlərinin daxil
olduqları forumu Darfurun qiyamçı qrupları baykot edirlər.