Yaponiya ABŞ-a nota göndərib

Yaponiya ABŞ atom sualtı qayığı limanlarından birinə elan edilmədən gəldikdən sonra etiraz notası ilə çıxış edib. Yaponiya xarici işlər nazirliyinin verdiyi notada bildirilir ki, ABŞ sualtı qayıqları Yapon limanlarına gəlməzdən 24 saat əvvəl xəbərdarlıq etməlidir. Yaponiya ABŞ rəsmilərindən USS Providence adlı submarinin Okinava limanına qəflətən gəlməsini izah etməyi xahiş edib. ABŞ-ın Yaponiyadakı səflirliyi insidenti Amerika donanması ilə Yapon rəsmiləri arasında anlaşılmazlıq adlandırıb. Atom sualtı qayıqları atom bombaları hücumuna məruz qalmış yeganə ölkə olaraq Yaponiyada həssas mövzudur.