Birləşmiş
Ştatlar bildirir ki, gələn həftə maliyyə böhranı ilə bağlı Vaşinqtonda
keçiriləcək sammit ərəfəsində bəzi razılıqlar əldə olunub. Ağ Ev sözçüsü Dana Perino deyir ki, ABŞ
maliyyə təlatümünün qarşısını almaqda Avropa Birliyinin rəhbərliyi ilə eyni
dəyərləri bölüşür. Birlyin liderləri
dünən bildiriblər ki, Noybarın 15-də Vaşinqtonda keçiriəcək görüş zamanı onlar
daha sərt nizamlamaların və Beynəlxalq Valyuta Fonduna əlavə səlahiyyətlərin
verilməsinə tərəfdar çıxacaqlar. Onlar
həmçinin növbəti 100 gün ərzində ikinci sammitin keçirilməsini istəyirlər. Hakimiyyəti tərk etmək olan Buş
administrasiyası isə sammitdə öz üzərinə öhdəlik götürməyə meyl göstərmir.