Yeni
Zelandiyada baş nazir seçilmiş sağ mərkəzçi Milli Partiyanı təmsil edən Con Kiy
deyir ki, bugünkü seçkilərdə xalq dəyişikliyə səs verib. Cənab Kiyin partiyası səslərin 45 faizini
toplayıb ki, bu, da ona 122 nəfərlik parlamentdə 59 yer verir. Müttəfiq partiyaların dəstəyi ilə Milli
Partiyanın çoxluq əldə etmək üçün kifayət qədər səsi var. Cənab Kiyin kampaniyası iqtisadi geriləmədən
narahatlıq keçirən seçicilərə və dəyişiklik mesajına köklənmişdi. O, seçicilərin “təhlükəsiz, firavan və
ambisiyalı” Yeni Zelandiyaya səs verdiklərini söyləyib. O, qlobal maliyyə böhranının qarşıda ciddi
sınaqlar yaradacağını, eyni zamanda milli vəhdət uğrunda mübarizə aparacağını
qeyd edib.