Iran
parlamentinin sədri Amerikanın yeni seçilmiş prezidenti Barak Obamanı, Tehranın
nüvə silahı planlarını qəbuledilməz adlandırdığına görə tənqid edib. Iranın
dövlət xəbər agentliyi İRNA-nın məlumatına görə, Əli Laricani Obamanın
iradlarını, “Amerikanın keçmiş səhv
siyasətinin” təzahürü adıandırıb.
İran
spikeri bildirib ki, Birləşmiş Ştatlar həqiqətən regionda vəziyyəti dəyişmək
istəyirsə, Yaxın Şərqə əməkdaşlıq siqnalı verməlidir.
Cənab Obama İranın nüvə silahı planı ilə bağlı məsələyə cümə günü, özünün Amerika prezidenti qismində keçirdiyi ilk mətbuat konfransında toxunub. O habelə deyib ki, Tehranın terror qruplarını dəstəkləməsinə son qoyulmalıdır.