Hüquq müdafiəçisi azadlıqdan məhrum edilib

İranda qadın və uşaq hüquqlarının müdafıəsçisi kimi tanınan Solmaz İğdırın 6 ay müddətinə azadlıqdan məhrum edilməsi haqqda qərar qəbul edilib. “İran Qadınlar Birliyi”, “Əmir Kəbir” və “Gooya” xəbər saytlarının məlumatına görə, Solmaz Iğdırın azadlıqdan məhrum edilməsi barədə ona İslam İnqilab Məhkəməsi tərəfindən şifahi bildirilib. Solmaz Iğdır onun üzərində çıxarılmış həbs qərarını qanunsuz hesab edir. Tehranın Xavəran Qəbristanlığında keçirilın siyasi məhbusların kütləvi edamının 20-cı ildönümü mərasimində həbs olunan hüquq müdafiəçısı 12 gün saxlandıqdan sonra 100 milyon tümən girov qoymaqla azadlığa buraxılmışdı.