Barak Obamanın qələbəsi dünya ölkələrində böyük sevinclə qarşılanıb

Obamanın mərhum atasının vətəni Keniyanın Koqelo kəndinin sakinləri Barak Obamanın qələbəsini böyük sevinclə qarşılayıb. Keniya prezidenti Mvai Kibaki cümə axşamı gününün milli bayram elan edib.

Cənubi Afrika prezidenti və Cənubi Afrika İnkişaf Komitəsinin rəhbəri Kqalema Motlante regionun Barak Obamanın nailiyyəti ilə fəxr etdiyini və məhsuldar əməkdaşlığı səbirsizliklə gözlədiyini deyib.

Avropa komissiyasının sədri Xose Manuel Barroso Barak Obamanı təbrik edərək, onun qələbəsini yeni eranın başlanğıcı adlandırıb.

İraqın xarici işlər naziri Hoşyar Zebari Barak Obamanın qələbəsinin ABŞ qüvvələrinin İraqdan cıxarılması ilə nəticələnəcəyi və Amerika siyəsətinin istiqamətini dəyişəcəyini düşündüyünü deyib.

Fransa prezidenti Nikola Sarkozi Obamanı qələbəsi münasibəti ilə təbrik edib.

Əfqanıstan prezidenti Həmid Karzay deyib ki, Amerikada qaradərili prezidentin seçilməsi insanların entik və irqi zəmində parçalanmasına son qoyulmasına xidmət edəcək.

Pakistanın Vaşinqtondakı səfirliyi president Asif Əli Zərdarinin Pakistan-Amerika münasibətlərinin yeni rəhbərlik altında daha da dərinləşəcəyinə ümid bəslədiyini bildirib.