Bir həftə əvvəl Əfqanıstanda oğurlanmış Banqladeşli iki yardım işçisi azad edilib. Banqladeşin Kəndlərin İnkişafı Komitəsinin işçiləri olan Əxtər Əli və Məhəmməd Şancahan Əlinin dünən gecə, Qəzni vilayətində azad edildiyi bildirilir. Rəsmilərin dediyinə görə, azad edilənlər hal-hazırda təşkilatın Kabildəki ofisindədirlər. Lakin rəsmilər girovların hansı şərtlərlə azad edilməsinin detallarını açıqlamırlar. Taliban sözçüsü bu gün Taliban yaraqlıları tərəfindən oktyabr ayının 23-ü Qəzni vilayətində girov götürülmüş iki şəxsin azad edildiyini təsdiq edib.