Rusiya,
Çin və Mərkəzi Asiyanın dörd ölkəsi fövqəladə vəziyyətlərdən çıxış yolları
tapmaq üçün yeni mərkəzin yaradılması prosesini sürətləndirmək haqda qərar
veriblər. Qazaxıstan paytaxtında iclas keçirən bu altı ölkənin dövlət başçısı
qərar alıb ki, gələn ilin birinci yarısı fövqəladə vəziyyətlər mərkəzinin
yaradılması müzakirə etmək üçün bu ölkələrin fövqəladə hallar nazirlərinin
görüçü keçirilsin. Liderlər bu haqda qərarın çıxarıldığını Astanada Şanxay
Əməkdaşlıq Təşkilatının iki günlük sammitinin sonunda birgə bəyanatda
bildiriblər. Rusiya və Çinlə yanaşı, qrupa
Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir.