İran
mediası xəbər verir ki, İslam
Respublikası Fars Körfəzinin girəcəyində, Hörmüz Boğazının şərqində yeni
donanma bazası yaradıb. Donanma
komandiri admiral Həbibulla Səyyari bildirib ki, Cask şəhərində təsis edilən
baza regionda yeni müdafiə xətti qurur.
Komandir həmçinin deyir ki, İran hərbi qüvvələri lazım gələrsə düşməni
Fars Körfəzinə daxil olmaqdan dayandıra bilər.
Dünya neftinin 40 faizi İranı Ərəbistan yarımadasından ayıran Hörmüz Boğazından
keçir. Keçmişdə İran hücuma məruz
qaldığı halda boğazı bağlamaqla hədələyib.