Avropa Ittifaqı Rusiya ilə tərəfdaşlıq  razılığını bərpa edəcək

Fransanın xarici işlər naziri Bernard Kuşner Avropa Ittifaqının gələn ay Rusiya ilə iqtisadi və siyasi əməkdaşlıq razılığının bərpa edəcəyini bildirib. Bu açıqlamanı ittifaqın prezidentliyini icra edən Fransanın rəsmisi Sankt-Peterburqda verib. O deyib ki, Avropa ilə Rusiya liderləri noaybr ayının 13 və 14 Nisdə keçiriləcək görüş zamanı tərəfdaşlıq razılığını müzakirə edəcək. 10 illik razılıq 1997-ci ildə əldə edilmiş, ötən il yeni razılığın əldə edilməsinin yubalmasına yol verilməməsi məqsədi ilə razılıq avtomotik şəkildə müddəti uzadılmışdı.