Rusiya
müstəqil dövlət kimi tanıdığı Gürcüstan separatçı regionlarında Avropa Birliyi
müşahidəçilərinin yerləşdirilməsinin əleyhinə çıxır. Xarici işlər naziri Sergey Lavrov bu gün
ölkəsinin mövqeyini Sankt Peterburqda Fransız həmkarı Bernard Kuçnerlə
görüşündə açıqlayıb. Lavrov bildirib ki,
Cənubi Osetiya və Abxaziyada təhlükəsizliyi həmin ərazilərdə yerləşdirilmiş
minlərlə rus əsgəri təmin edəcək. Avropa
Birliyinin müşahidəçiləri Gürcüstana 4 həftə bundan əvvəl daxil olublar. Lakin Moskva və separatçı liderlər birliyin
missiyasını Gürcüpərəst mövqe tutmaqda günahlandırır.