Belarus
prezidenti Aleksandr Lukaşenko Rusiyalı həmkarı Dmitri Medvedevlə qlobal maliyyə böhranını müzakirə edib. Rusiya
dövlət mediasının məlumatına görə cənab Medvedev bu gün Moskvadakı görüşdə 2
ölkənin böhranla bağlı ümumi mövqe sərgiləməsinin vacibliyini vurğulayıb. Cənab Lukaşenko qeyd edib ki, Rusiyanın
iqtisadi durumu Belarus üçün önəmlidir.
Belə ki, rəsmi Minsk xarici pul ehtiyatlarının yarısını rus rublunda
saxlayır. Rusiya Belarusa 2 milyard
dollar həcmində yardım göstərməyə razılıq verib. Belarus Beynəlxalq Valyuta Fondundan da eyni
miqdarda yardım istəyib.