Koreyalar hərbi təması gücləndirməyə çalışırlar

Şimali və Cənubi Koreya iki dövlət arasında hərbi qaynar xət daxil olmaqla bir sıra məsələlər üzərində danışıqlar aparmağa razı olublar. Cənubi Koreyanın Müdafiə Nazirliyi bu gün bildirib ki, görüş Bazar Ertəsi sərhəd şəhəri olan Pacuda keçiriləcək. Şimal təklif edib ki, iki tərəf arasında telekomunikasiyanı təkmilləşdirmək məqsədilə zabit səviyyəsində danışıqlar aparılsın. Cənubi Koreyanın Yonhap xəbər agentliyi bildirir ki, iki ölkənin 9 hərbi qaynar xətti var, lakin onlardan biri texniki nasazlıq üzündən işləmir. Görüş bu ay keçiriləcək ikinci görüş olacaq. Son il ərzində iki Koreya arasındakı bütün başqa təmaslar dondurulub.