ABŞ Mərkəzi Bankının sabiq prezidenti Konqres qarşısında çıxış edəcək

ABŞ Mərkəzi Bankının sabiq prezidenti Alan Qrinspan bu gün hazırkı maliyyə böhranına yol açan səbəblərlə bağlı Konqresin suallarını cavablandıracaq. Mərkəzi Banka 18 il rəhbərlik edən Qrinspan maliyyə xidmətlərinin sərt qaydalarının həmişə əleyhinə olub. ABŞ Mərkəzi Bankının sabiq prezidenti qanunvericlərə maliyyə şirkətlərinin yaxından izlənməsini təklif etməlidir.

Bu arada dünya bazarlarında ticarət bu gün aşağı göstəricilərlə həyata keçirilib. Tokio, Seul və Hong Honq bazarlarında qiymətlər kəskin şəkildə düşüb. Avropa marketləri isə 2 ilə 4% arasında dəyər itirib.