Azərbaycanlı tələbə məhbuslar Təbrizin ümumi rejimli həbsxanasına köçürülüb

İnsan haqlarını müdafiə təşkilatı olan “İnsan Haqları komitəsi”nin verdiyi məlumata görə, təxminən 3 ay əvvəl Təbrizin təhlükəsizlik idarəsinin əməkdaşları tərəfindən həbs olunan azərbaycanlı tələbələrdən yeddisi Təbriz şəhərninin ümumi rejimli həbsxanasına köçürülüb.

“Öyrenci” və “Azad Təbriz” saytlarının yaydığı məlumatlara əsasən, Azərbaycan fəalları üç aya yaxın müddətdə saxlandıqları Təbriz Ettelaatının mərkəzi təcridxanasında müxtəlif işgəncələrə məruz qalıblar.

Həmin mənbələr, ümumi rejimli həbsxanaya köçürülən fəalların Feraz Zahtab, Aydın Xajey, Dariyuş Hatəmi, Mənsur Əminian, Məqsud Əhdi, Məcid Makui olduqlarını bildirilirlər. Ehsan Nəcəfi və Səccad Radmehr adlı başqa tələbələrin hələ də Ettelaatın təcridxanasında saxlandıqları güman edilir.